Bu gün:


Türkiyədə yanğın bölgəsində təbiət yenidən canlanır

Tarix: 22.08.2021 / 17:00  •   Oxundu: 106 dəfə  •  

Türkiyənin meşə yanğınlarından ən çox zərər çəkmiş bölgələrindən biri olan Muğlada təbiət yenidən canlanır.

“Anadolu” xəbər verir ki, yanmış ərazilərdə ilk cücərtilər meydana gəlib.

Ekoloji həyatın canlanması təkcə insanları deyil, bütün canlıları sevindirib. Belə ki, yanmış meşələrin bəzi sakinləri yenidən öz yuvalarına qayıdıb.