Bu gün:


Polis Hadrutda əməliyyat keçirdi: bomba tapıldı

Tarix: 24.08.2021 / 12:31  •   Oxundu: 93 dəfə  •  

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları xidməti fəaliyyətini yerinə yetirərkən rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsi ərazisindəki evlərdən birinin həyətində M-85 markalı bomba aşkar ediblər.

Həmin ərazi dərhal nəzarətə götürülüb və aşkar edilmiş partlayıcı vasitənin zərərsizləşdirilməsi üçün Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib.

Bomba zərərsizləşdirildikdən sonra ərazinin təhlükəsizliyi təmin edilib.