Bu gün:


Nazim İdeal (Quliyev) : Əbülfəz Elçibəy Dövlət adamı deyildi, Millət adamıydı.

Tarix: 24.08.2021 / 19:11  •   Oxundu: 108 dəfə  •  

Əbülfəz  Elçibəy!

Hər kəs ondan yazır. Haqqı çatan və çatmayan.

Əbülfəz Elçibəy Dövlət adamı deyildi, Millət adamıydı. Allah rəhmət etsin!

Ə.Elçibəyə olan sevgi və hörmət Milli azadlıq Hərakatında yarandı və hakimiyyəti dönəmində həmin sevgi ətrafındakı südsüz və soysuz dondurulanların sayəsində əriyib getdi.

"Bəy-ağa-xan" adlandırdıqları,əslində şəngülüm-şüngülüm-vergülümlər Əbülfəz Elçibəyi tərk edib qaçmışdılar.

Xatirimdədir...

Elçibəy Kələkiyə getməmişdən bir gün əvvəl Prezident Administrasiyasının qarşısında çıxış edərkən Məşədi Vaqif, Millət Əli-Əli Quliyev,Şamil Quliyev,Xaləddin Xəlilovdan başqa heç kim yox idi....

"Bəylər" surəthüseynovun qorxusundan bəyliyini soyuducuya qoymuşdular....

Sözümün əsas leytmotivi tamamilə başqadır...

Elçibəyin kölgəsi ətrafında  simulisiv çıxışlar edən və bəzəndə orasını-burasını sarıyanlar, dünənə kimi dissidentlik etdikləri hazırda hökumətin mətbəxt böcəyi rolunda kütlə şüurunu şaşırmaqdadırlar...

Mövcud iqtidara hər hansı formada ideoloji mühafizəçi, politoloq, ...oloq və.s, əsla lazım deyil.

Çalanda,oxuyanda,oynayanda..., məhz sabiq-sapıq- müxa-lifətçilərdir....!?

Məhz bütün bu kimi tragikazuslara görə mövcud iqtidar özünə alternativ görmür,əksinə düşünür ki,trolların yalını azaltmaq lazımdır.Çün ki,növbə tıxacdır...

Elementarnı savadı,düşünmə və danışıq qabliyyəti olmayan hansısada surətin ölü cəsarəti qarşısında pənah deşiyi axtaranlar özlərindən başqa kim(lər)isə aldatdıqlarını zənn edirlərsə,qatarın relsini ziya satmışdır!

Yaşada bilmədikləri günlərə baş daşı belə ola bilməyən ölülərə Allah rəhmət etməsin!