Bu gün:


SENSASİYON AÇIQLAMA: Ukrayna BU TARİXDƏ yox olacaq

Tarix: 26.08.2021 / 16:29  •   Oxundu: 198 dəfə  •  

Özünü Donetsk Xalq Respublikası elan edən Xalq Şurasının (Parlament) deputatı Alexander Bykadorov, Qərbin Ukraynaya marağının yaxın zamanda itdiyini açıqlayıb.

İDEAL Media.az xəbər verir ki, deputat bu sözləri RİA Novosti agentliyinə deyib. Bykadorova görə, 10 ildən sonra Ukrayna olmayacaq.

"Parçalanma artıq başlayıb və yalnız bundan sonra daha da sürət qazanacaq. Krım, Donbass respublikaları artıq öz yolu ilə gediblər, Rusiya ilə ayrılmaz şəkildə bağlıdırlar. Xarkov , Odessa, Dnepropetrovsk, Zaporojye, Xersona gəldikdə isə məqsəd oradakı nasist xuntasının müqavimətini əzməkdir. Amma bu sonsuza qədər davam etməyəcək”.

Bykadorov, Ukraynanın bir dövlət olaraq yaşaya bilməsi üçün təkliflər də verib. Onun fikrincə Ukrayna siyasi vektorlarını dəyişməlidir. Həmçinin Qərb ilə münasibətlərinə də yenidən baxmalıdır.