Bu gün:


Akar amerikalı həmkarı ilə təxliyə əməliyyatından danışdı

Tarix: 28.08.2021 / 08:34  •   Oxundu: 76 dəfə  •  

Türkiyə milli müdafiə naziri Hulusi Akar ABŞ müdafiə naziri Lloyd Ostinlə telefon danışığı aparıb.

İDEAL Media.az xəbər verir ki, telefon söhbətində tərəflər Əfqanıstandan təxliyə ilə bağlı əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.

Əfqanıstandakı son vəziyyətin müzakirə edildiyi telefon danışığında Akar Kabil teraktında həyatını itirən ABŞ əsgərlərinə görə həmkarına başsağlığı verib.