Bu gün:


TÜRKİYƏ ƏSGƏRLƏRİNİ GERİ ÇƏKİR

Tarix: 10.05.2021 / 18:30  •   Oxundu: 96 dəfə  •  

Türkiyə Əfqanıstandakı qüvvələrini geri çəkir.

İDEAL Media.az xəbər verir ki, bu barədə ABŞ-ın “Wall Street Journal” nəşrinin xüsusi xəbərində yazılıb. Məlumata görə, Türkiyə rəhbərliyi məsələ barədə ABŞ-a və NATO-ya məlumat verib. Bildirilir ki, Ankara amerikalı hərbçilərin Əfqanıstandan çəkilməsinə görə belə qərar qəbul edib. Türkiyə rəhbərliyinin bu gözlənilməz addımı Əfqanıstandakı digər xarici ölkələri də narahat edib. İddialara görə, Avropa ölkələri Türkiyənin Əfqanıstandan çıxacağı təqdirdə oxşar addım atacaq.

Qeyd edək ki, Əfqanıstanda 20 xarici ölkənin hərbçilərinin olduğu bildirilir.