Bu gün:


Ərdoğanın konfransında ara qarışdı

Tarix: 28.08.2021 / 12:30  •   Oxundu: 331 dəfə  •  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Bosniya və Herseqovina Prezident Şurasının üzvləri ilə görüş zamanı konfrans birdən-birə kameralar qarşısında Bosniya prezidentlərinin siyasi quruluş mübahisəsinə səhnə olub.

İDEAL Media.az xəbər verir ki, Ərdoğanın çıxışından sonra Bosniya liderlərinin növbəsi gəlib. Ancaq sual-cavab hissəsində mövzu birdən-birə Türkiyə-Bosniya-Herseqovina münasibətlərindən, Bosniya və Herseqovinanın inzibati quruluşu ilə bağlı illərdir davam edən mübahisəyə gəlib çıxıb. Bosniya liderləri kameralar qarşısında mübahisə etməyə başlayıblar. Bosniya və Herseqovinadakı müharibəni sona çatdıran Dayton Anlaşmasının formalaşdırdığı inzibati quruluşla əlaqədar olaraq, Prezident Şurasının Serbiyalı üzvü Milorad Dodik, "Bosniya və Herseqovina bloklandı. Nə Dayton Anlaşması, nə də gətirdiyi yüksək nümayəndəlik qanuni deyil" deyib. Şuranın Xorvat və Serbiyalı üzvləri Dodikin sözlərinə reaksiya verərək Prezident Ərdoğanla keçirdiyi mətbuat konfransının reytinq materialı kimi istifadə edilməməsi lazım olduğunu söyləyiblər.

Qeyd edək ki, 14 dekabr 1995-ci ildə imzalanan Dayton Anlaşması, Bosniya və Herseqovinada 3 illik müharibəyə son verib.