“Bild”: Əfqanıstanın keçmiş naziri Leypsiq küçələrində pizza çatdırır
Tarix: 29.08.2021 / 12:05 •
Oxundu: 134 dəfə •
“Bild” nəşrinə istinadla xəbər verir ki, Əfqanıstanın keçmiş rabitə naziri Seyid Əhməd Şat Səadət hazırda Almaniyanın Leypsiq şəhərində pizza kuryeri olaraq çalışır. “Taliban”ın hücumu və ona qarşı araşdırmalar aparıldığı üçün ölkəni tərk edib. Əvvəlki ilə müqayisədə indi çox təvazökar yaşayır, amma xoşbəxtdir və gələcəkdə telekommunikasiya sahəsində çalışmaq üçün alman dilini öyrənir.
Seyid Əhməd Şat Səadət açıq narıncı rəngli gödəkçə ilə Leypsiq küçələrində velosiped sürür. Eyni zamanda heç kim bu kuryerin Əfqanıstanın keçmiş rabitə naziri olduğunu bilmir. Bir vaxtlat televiziyaya müsahibələr verirdi, dəbdəbəli kostyum geyinirdi və çox yaxşı yaşayırdı. Sonra hər şeyə yenidən başlamaq üçün Almaniyaya qaçdı. Bu gün Leypsiqin şərqində 70 kvadrat metrlik mənzildə yaşayır və saatı 15 avroya pizza çatdırır. Daha əvvəl qazandığı ilə müqayisədə bu çox deyil, ancaq yaşamaq üçün kifayət edir: “Bu iş çox xoşuma gəlir, çünki velosiped sürdüyüm üçün formamı saxlamağa kömək edir. İnsanlarla tanış oluram, onlarla danışıram və bölgəni öyrənməyə çalışıram”.
O, erkən yaşlarında ailəsi ilə birlikdə Əfqanıstanı tərk edib. Oksfordda elektrik mühəndisliyi təhsili alıb, mobil sənaye sahəsində çalışıb və uğurlu karyera qurub. 2016-cı ildə Əfqanıstan prezidentinin administrasiyasından ona zəng gəlir və nazirlikdə vəzifə təklif edilir: “Bu, maraqlı idi və bu işdə daha az pul alsam da, vətənimə xidmət etmək istəyirdim. Pul məni narahat etmirdi. Prezident mənə Əfqanıstan telekommunikasiyasına cavabdehlik daşıyan məsul vəzifə təklif etdi”.
Vətənə qayıdan Səadət evlənib, yaxşı həyat sürüb, amma sonra müdirini cinayət fırıldağına görə işdən qovublar. Bundan sonra Səadət nazirliyin rəhbəri olur, amma bu çox çəkmir. “Taliban” irəliləyirdi. Daha sonra prezidentin korrupsioner tərəfdarları Səadətin özünə qarşı araşdırmalara başlayıb. Nəticədə 2018-ci ildə vəzifəsini tərk etmək məcburiyyətində qalıb. 50 yaşlı Səadət 2020-ci ildən bəri Leipsiqdə yaşayır. Kuryer kimi çalışmaq onun yaşamasına, kirayə haqqı ödəməsinə və alman dilini öyrənməsinə imkan verir: “Gələcəkdə Almaniyanın kommunikasiya sahəsində inkişaf üçün yaxşı şansları var. Burada iqtisadiyyat və təhlükəsizlik yaxşı səviyyədədir. Həyat yoldaşım Əfqanıstanda yaşamağa davam edir. Bir gün yanıma gələcək. Gələcəkdə telekommunikasiya sahəsində çalışmaq üçün alman dilini öyrənirəm. Bu yeni həyat, yeni ölkədir və burada xoşbəxtəm. Hətta özümə bir neçə yeni dost da tapmışam”.
Təbii ki, o, Əfqanıstandakı mövcud vəziyyəti izləməyə davam edir. Ürəyi baş verənlərdən parçalanır. Onun sözlərinə görə, dünya Əfqanıstanın yanında olmalı və onlara dəstək verməlidir. O, öz həyatını tamamilə dəyişib. Vətənində yaşamaq təhlükəli olduğu üçün Almaniyada qalmaq istəyir.