Bu gün:


Əfqanıstanda vəziyyət YENƏ QARIŞDI

Tarix: 30.08.2021 / 10:05  •   Oxundu: 109 dəfə  •  

Kabildəki hava limanı raket atəşinə tutulub.

İDEAL Media.az xəbər verir ki, baş vermiş hadisə ilə bağlı açıqlama yayan CNN bildirib ki, ABŞ hava hücumundan müdafiə sistemləri Kabil hava limanına atılan beş raketin qarşısını ala bilib.

Məlumata görə, ümumilikdə 5 raket atılıb. Raketlər hava limanına yaxın əraziyə düşüb. Şahidlərin dediyinə görə, mərmilər Kabilin Səlim Karvan bölgəsinə düşüb. Partlayışların ardınca atəş səsi eşidilsə də, ancaq bunu dəqiq kimin törətdiyi məlum deyil.

Adının açıqlanmasını istəməyən şahidlərdən biri agentliyə əvvəlcə üç partlayışın səsini eşitdiyini, sonra səmada atəşə bənzər bir parıltı gördüyünü söyləyib. O əlavə edib ki, partlayışlardan sonra insanlar qaçmağa başlayıblar.