Bu gün:


Bayden Ukraynaya tam dəstək verdi

Tarix: 02.09.2021 / 12:05  •   Oxundu: 399 dəfə  •  

“Ağ ev”də ABŞ prezidenti Co Bayden və ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş olub.

İDEAL Media.az xəbər verir ki, Bayden ABŞ-ın Ukraynanın ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini ifadə edib. Bayden həmçinin Kiyevə 60 milyon dollarlıq dəstəyini açıqlayıb. Bu məbləğ təhlükəsizlik məqsədlərlə istifadə ediləcək.

Görüş zamanı iqtisadi məsələlər və Rusiyanın Ukraynaya qarşı aqressiv mövqeyi müzakirə edilib.