“Oktyabrda sülh müqaviləsinin ilk müzakirələri başlaya bilər”
Tarix: 04.09.2021 / 08:15 •
Oxundu: 82 dəfə •
“Bu proses Kremlin razılığı və iştirakı ilə aparılır...”
“Bu günlərdə Ermənistan hökumət aparatında, xüsusən də Xarici İşlər Nazirliyində Azərbaycanla sülh müqaviləsinin hazırlanması ilə əlaqədar olduqca fəal iş aparılır. Xarici İşlər Nazirliyindəki mənbəmizin bildirdiyinə görə, Nikol Paşinyanın göstərişi ilə son günlər nazirliyin mütəxəssisləri və beynəlxalq hüquq üzrə bir qrup mütəxəssis hökumət nümayəndələri ilə birlikdə dərin araşdırmalar apararaq belə bir sənəd üçün presedent tapmağa çalışırlar”
İDEAL Media.az xəbər verir ki, bu cümlələri Ermənistanın “Pact” qəzeti yazır.
“Xüsusilə, danışıqlar zamanı Ermənistan tərəfindən konkret hansı təklif və tələblərin irəli sürüləcəyi, tərəflər arasında hansı kompromislərin və güzəştlərin ediləcəyi barədə tam bir paket hazırlanması tapşırılıb. Əldə etdiyimiz məlumata görə, qarşı tərəf də müəyyən işlər görür. Mənbəmizin dediyinə görə, bu proses Kremlin razılığı və iştirakı ilə aparılır və əvvəlcədən razılaşdırılmış sənədin ilk müzakirəsi oktyabrda başlaya bilər" – deyə erməni qəzeti sonda yazır.