Bu gün:


Erməni politoloq ETİRAF ETDİ

Tarix: 04.09.2021 / 11:59  •   Oxundu: 104 dəfə  •  

"Azərbaycan və Türkiyə 44 günlük müharibədən sonra vaxtaşırı birgə hərbi təlimlər keçirir. Buna görə də, Bakıda başlayan növbəti təlimlər təəccüblü deyil".

İDEAL Media.az xəbər verir ki, bu açıqlamanı erməni politoloq Armen Badalyan müsahibəsində bildirib. O qeyd edib ki, erməni tərəfinin təlim düşərgələri daha çox formal xarakter daşıyır, çünki ordu hərbi təlimə başlamazdan əvvəl hörmətə və nüfuzlu rəhbərliyə sahib olmalıdır.

"Ermənistan ordusunun ən yüksək zirvədə olduğunu görmürük. Yəni, Azərbaycan həqiqətən ordunu hərbi təlimlərlə gücləndirir və Ermənistan sadəcə piar edir, başqa heç nə yoxdur" siyasi strateq bildirib. Qeyd edək ki, Türkiyə-Azərbaycan birgə SAT təlimləri Bakıda başlayıb. Təlimlər iki ölkənin ordu hissələrinin hərbi əməliyyatlar zamanı qarşılıqlı fəaliyyətini yaxşılaşdırmaq məqsədi daşıyır. Təlim sentyabrın 12-də başa çatacaq.