Paşinyan Ərdoğana ÇAĞIRIŞ ETDİ
Tarix: 08.09.2021 / 17:11 •
Oxundu: 245 dəfə •
Son çıxışları zamanı Türkiyəni boykot və sanksiyalarla təhdid edən Ermənistanın Baş naziri Nikol Paşinyan bu dəfə Ankara ilə dialoq qurmaq arzusunu dilə gətirib.
İDEAL Media.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanla münasibətlər barəsində son açıqlamalarını xatırladan Paşinyanın sözlərinə görə, iki ölkə arasında quru yollarının yenidən açılması, ölkələr arasında münasibətlərin normallaşması üçün dialoq fürsəti yaranıb. Paşinyan Ermənistanın dialoq qurmağa hazır olduğunu bəyan edib.
“Ümumilikdə bölgəmizi qərbdən şərqə, şimaldan cənuba bağlayan bir qovşaqdan bəhs edirik. Rusiya da bu məsələni dəstəkləyir. Bölgədə davamlı sabitliyi bərpa etmək strateji hədəfimizdir. Bunun bizim məsuliyyətimiz olduğunu düşünürük” - deyə Paşinyan bildirib.