Ramiz Mehdiyev eroziyası artan xətt üzrə davam edir
Tarix: 08.09.2021 / 17:55 •
Oxundu: 208 dəfə •
AMEA-nın prezidenti Ramiz Mehdiyevin mühasibi avtoqəzada həyatını itirdi
Hadisə Şabran rayonu, Leyti kəndi ərazisində baş verib. Mühasib Mənsim Məmmədovun idarə etdiyi avtomobil kənd ərazisindən keçən kanalın içinə düşüb.
Belə ki, mühasib uzun illər Ramiz Mehdiyevin sahibliyində olan və kürəkəni İlham Əliyevin idarə etdiyi MMC-də çalışıb. Qeyd edək ki, İlham Əliyevə məxsus olan “Turaz” və “Dostluq” MMC-lər Şabran və ətraf rayonlarda xeyli torpaq sahəsi ələ keçirib. Ramiz Mehdiyev vəzifədən çıxarıldıqdan və kürəkəni mandatdan məhrum edildikdən sonra torpaq sahibləri hərəkətə keçiblər.
Şabran Rayon Məhkəməsinə verilən iddialara baxılıb və İlham Əliyevin illər əvvəl əl qoyduğu 55 hektar əkinə yararlı torpaq ondan alınaraq, əvvəlki sahiblərinə qaytarılıb.