Gəncə aeroportuna yeni polis rəisi təyin edildi
Tarix: 10.09.2021 / 13:31 •
Oxundu: 330 dəfə •
Gəncə Beynəlxalq Hava Limanında Xətt Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat olub.
İDEAL Media.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Rza Nağıyev təyin edilib.
Qeyd edək ki, ötən ay Gəncə Beynəlxalq Hava Limanında Xətt Polis Şöbəsinin rəisi, polis kapitanı İlqar Süleymanov öz ərizəsi ilə işdən azad olunmuşdu.