Bu gün:


BƏLLİ OĞRU NİYƏ MÜHAFİZƏ EDİLİR?

Tarix: 28.04.2021 / 17:02  •   Oxundu: 376 dəfə  •  

7 aydan artıqdır ki, Daxili İşlər Orqanları tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruri olan kasuzlar hüquqi dövlətin yolunu gözləməkdədir.

Araşdırmaya məsul Bakı şəhəri,Nəsimi rayon Polis və Prokurorluğu aşkar faktlara hüquqi qiymət verməyin açarını sobataj karuselində görür.Heç bir hüquqi nəticə yoxdur.Nəsimi polisi, Nəsimi rayon Prokurloğundan hərəkət etməli  olduğunu gözlədiyi kimi, Nəsimi prokurorluğuda eyni zərurəti qarşı tərəfdən gözləyir.

Mart ayının əvvəlində   Daxili İşlər Naziri General –Polkovnik cənab Vilayət Eyvazovun proseslərə ədalətli mövqe sərgiləməsindən sonra ümumimilli maraqlara söykənən obyektiv gəlişmələrə şahidlik edilsə də çox keçmədi ki, hüquq  əvvəlki kimi qüruba sığındı.

  Təkrarən bilsin ki,20  noyabr 2020-ci tarixdə Bakı şəhəri, Nəsimi rayon  28 may küçəsi 14 ünvanından oğurlanmış 15.000 (on beş min) manat pul, 4 ədəd notebooklar, hüquqi şəxslərə aid möhürlər və digər rəsmi sənədləri oğurlayan şəxs və şəxslər Nəsimi rayonu Polis idarəsinə,22-ci Polis bölməsinə,Nəsimi rayon Prokurorluğuna təsfilatı ilə bəlli olsa da məqsədli və qərəzli şəkildə zərər çəkmiş şəxsə qarşı düşmənçilik mövqeyindən çıxış etməkdədirlər.

  Təsəvvür edin ki,Nəsimi rayon 22-ci polis bölməsinin təhqiqatçısı Polis mayoru Nadir Rza-zadə 07 dekabr 2020-ci il tarixli absurd qərarında baş vermiş hadisənin olduğu kimi etiraf edir,lakin rədd qərarı çıxarır?!

Vətəndaşlara məxsus pul və digər əşyaları oğurlamış şəxs polisin bu cür məchul yanaşmasından istifadə edərək, onda heç nəyin olmadığını israr edir.Ardınca, hər dəfə bu cür özbaşınalıqlarla  bağlı Prezident İlham Əliyevin və Daxili İşlər Naziri Vilayət Eyvazovun ünvanına göndərilən   müraciətlərdən sonra, sahə müvəkkili Polis kapitanı Ramiz Aslanov oğrulanmış əşyaların doldurulduğu səlafanların sayını artırır....

Gərək minlərlə şikayət edilsin ki, oğruçu zərərçəkmişin əşyalarını bütövlükdə qaytarsın.

Hazırda Nəsimin rayon Prokurorluğu 22-ci polis bölməsinin qondarma qərarına obyektiv baxılması üçün həmin bölmənın digər təhqiqatçısı Emin Qaralovun üzərinə göndərmişdir.

Daxili işlər Naziri General-Polkovnik Vilayət Eyvazovun oğurluq faktı üzrə hadisəni şəxsi nəzarətdə saxlamasa həlli mümkünsüzdür.Çünki iş materialları və hadisə barəsində məruzə edən şəxs autentik yalnışlığa yol vermişdir.

Mövzu diqqətimizdədir

Ardı  var....

Rüfət Kamil