Rusiya MN Laçın dəhlizi vasitəsilə İrəvandan Xankəndinə “xüsusi yük” çatdırdı...
Tarix: 11.09.2021 / 09:20 •
Oxundu: 196 dəfə •
“Humanitar yük” adı altında Qarabağa gedən yük avtomobillərinin içərisində əslində nə olduğunu dəqiq bilirikmi?..”
“Rusiya sülhməramlı kontingentinin humanitar reaksiya mərkəzinin mütəxəssisləri Ermənistandan Dağlıq Qarabağa humanitar yardım çatdırıblar. Bunlar içməli suyun kəsilməsi səbəbindən Dağlıq Qarabağ sakinləri üçün çox zəruri olan içməli suyun saxlanmasından ötrü qablardır. Xüsusi yük təmas xəttinə yaxın ucqar bölgələrdə yerləşən məktəb və uşaq bağçalarına göndəriləcək. Çatdırılma hərbi yol polisi ekipajının müşayiəti ilə Rusiya sülhməramlı kontingentinin humanitar reaksiya mərkəzinin yük maşınları tərəfindən həyata keçirilib”.
İDEAL Media.az xəbər verir ki, bu, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında sentyabrın 11-i Bakı vaxtilə səhər saat 06:00-da yaydığı məlumatdandır.
"Bu gün Rusiya sülhməramlıları xeyriyyə təşkilatları ilə birlikdə İrəvan şəhərindən Dağlıq Qarabağa humanitar yüklərin çatdırılmasını həyata keçirdi" – deyə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Dmitri Tusidi bildirib.
“İçməli su üçün 3 və 5 kubmetrlik 14 konteyner gətirdik ki, humanitar aksiyalar zamanı və daha sonra təmas xəttində yerləşən Dağlıq Qarabağdakı uşaq bağçalarına və məktəblərə veriləcək” - D.Tusidi əlavə edib.
P.S. Qəsbkar Ermənistandan “Laçın dəhlizi” adlanmış ərazimiz vasitəsilə “humanitar yük” adı altında keçirilən yük avtomobillərinin içərisində yalnız su konteynerləri olduğunu dəqiq bilirikmi?.