Bu gün:


Şuşanın icra başçısının oğlu işdən çıxarıldı

Tarix: 16.11.2020 / 14:18  •   Oxundu: 111 dəfə  •  

Daxili işlər orqanlarında yeni təyinat olub.
"ASmedia.az"ın verdiyi xəbərə görə Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin rəisi, polis mayoru Məhşur Hüseynov vəzifədən azad olunaraq Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi təyin olunub.
Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Xəlil Səfərov isə işdən çıxarılaraq sərəncama götürülüb.
Qeyd edək ki, Xəlil Səfərov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğludur.