Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Cəfərov Ceyhun Fərrux oğlu hal-hazırda Bakı İstintaq təcridxanasının “burju” korpusu hesab edilən 8-ci korpusunun 20-ci kamerasında cəza deyil, kef çəkməkdədir. Qanundankənar bütün imtiyazlarla yüklü edilmiş Ceyhun Cəfərov eyni zamanda gəzinti hissəsində balıq kababının tüstüsünə kasıb məhkumları boğmaqdan da çəkinmir.
BİT-dəki etibarlı mənbəyimizin veridiy məlumata görə Ceyhun Cəfərov hakimiyyətin konsentrik dairələri tərəfindən tapşırılmağına baxmayaraq, hər ay 10 000 manat icarə haqqı ödəyir. Korpusun əvvəlki baş nəzarətçisi salyanlı Gündüz Cəbrayılovun içki məclisində şövq-təbii baş verənləri deşifrə etməsi vəzifədən uzaqlaşdırılmasına səbəb olsa da, təcridxanaya balıq daşınmasının monopoliyası hələ də ondadır.
Məhkumlar bir çarpayı, 6 nəfər müştəriliyi davam etdiyi halda dövlətə və xalqa xəyanət etmiş Ceyhun Cəfərov və ona bənzər digər icra başçıları sözün tam mənasında öz harın həyatlarını davam etdirməkdədirlər. Sözsüz ki, BİT rəisi İsmayılov Elnur Nazim oğlunun sayəsində.
Kimdir Ceyhun Cəfərov?
01 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olmuş Cəfərov Ceyhun Fərrux oğlu 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini rüşvətlə bitirmişdir. 2006-2011-ci illərdə Yasamal rayon İcra Hakimiyyətinin 1-ci müavini, 2011-2014-cü illərdə isə Tərtər rayon icra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli sərəncamı ilə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
BİT-də həyata keçirilən “Penitensiar islahatlar barədə mütəmadi tanışlıq bizdən mütləq olacaqdır”.
Kamal