Bu gün:


Ziya Məmmədovun oğlu istefa verdi

Tarix: 13.09.2021 / 13:44  •   Oxundu: 275 dəfə  •  

Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycan Qolf Federasiyasiyasının prezidenti vəzifəsindən rəsmən istefa verib.

Bu barədə Gənclər İdman Nazirliyinin bu idman federasiyası üzrə kuratoru Fikrət Hüseynov bildirib:
"Federasiyanın rəhbərliyi yoxdur. Ona görə də fəaliyyəti tam dayandırıb".

2013-ci ildə oktyabrın 2-də mərhum Gənclər və İdman naziri Azad Rəhimovun iştirakı ilə açılan Azərbaycan Qolf Federasiyasının inzibati binası və Qolf Akademiyasının ərazisi artıq özəl tikinti şirkətinə satılıb, hazırda orada yaşayış binası tikilir.