Bu gün:


Qafanda hərbçilər arasında qarşıdurma

Tarix: 14.09.2021 / 10:34  •   Oxundu: 137 dəfə  •  

Ermənistanın Qafan şəhəri yaxınlığında döyüş postlarından birində atışma olub.

Ermənistan KİV-nə istinadən xəbər verir ki, atışma hərbi toplantıya cəlb edilən ehtiyatda olan hərbçilər arasında baş verib.

Ermənistan ordusu qeyri-döyüş itkisi verib.

Nəticədə, 43 yaşlı çavuş Mkrtıç Ovakimyan həlak olub, 36 yaşlı Qafan sakini isə yaralanıb. Faktla bağlı açılan cinayət işi çərçivəsində şübhəli şəxs saxlanılıb.
 
Onun odlu silahdan açılan atəş nəticəsində öldüyü məlumdur. İlkin ehtimallara görə, Ovakimyan intihar edib.
 
Faktla bağlı araşdırma aparılır.