Bu gün:


Ümidsizliyin qiymət artımı

Tarix: 15.09.2021 / 19:45  •   Oxundu: 153 dəfə  •  

Bu gün 15 sentyabr 2021-ci il tarixidir. Ölkəmizdə bu gün həm "Biliksizlik" günü, həm sosial-iqtisadi soyqırım günü və həm də şərəfli türk ordusunun Bakını erməni işğalından azad etdiyi gündür. Paradoksaldır. Şərəfli tariximizə ləkə vuran, onu hörmətdən salmağa cəhd edən şərəfsiz köstəbəklər kimlərdir? Nədən bu sistemdə düşünən yoxdur ki ölkə əhalisinin böyük əksəriyyəti işsiz-gücsüz, ən yaxşı halda günəmuzd çalışan zavallı insanlardan ibarətdir. Əgər sutka ərzində 5 qəpik pulu qazanmaq şansı olmayan və bu uğursuz həyatda ailə və uşağı qarşısında başıaşağı yaşamağa məhkum edilən ailə başçılarına sərgilənən sayqısızlıq nəyə hesablanıb?

Düşünən yoxdurmu ki, heç də bütün ailələrdə evin xanımı əsilli-köklü və yaxud da yaxşı kişinin ya da yaxşı oğlanın bacısıdır. Son illər qadın və xanım adına iddialı olanların demək olar ki böyük əskəriyyəti bu kriteriyalardan kənara çıxaraq öz varlığını və ləyaqətini məhz pulda görməkdədir.
Şərəf və ləyaqətini, hörmətini maddiyyatda axtaran "qadın və xanımların" sayəsində minlərlə körpə atasız yaşamağa məhkum edilmişdir, yüzlərlə ailə dağılmışdır. Dövlətin ailə siyasəti budurmu? Nənəsi erməni Sahil Babayevin əlillərə qarşı apardığı soyqırım siyasəti nəticəsində ölkə əhalisinin böyük əksəriyyəti dilənçi vəziyyətindədir.

Qiymət artımının harınlara, korrupsioner və rüşvətxorlara əsla təsiri yoxdur. Hökumət qaldırdıqca onlar da qızıxıb milli-siyasi kimliklərini mastrubasiya ilə ifadə edirlər. Maaşsız, gəlirsiz, ümidsiz vətəndaşlar isə hər gün artan və qaldırılan ehtiyac səbətlərinə baxarkən doğulduğu günə, təmsil etdiyi xalqa, onu idarə edən hökumətə nifrət edirlər.

Bu gün həm də ona görə yadda qalan gün olmalıdır ki, şərəfli tariximiz olan Bakının işğaldan azad olunması günü eyni zamanda sadə vətəndaşların həyat kredosunun işğala məruz qaldığı günün bumeranqı hesab etmək olar.

Odur ki, ac millət haqqını tələb edə bilməz. Ac millət siyasətlə məşğul ola bilməz. Ac millət xoşbəxt ola bilməz.

Rüfət Kamil