Bu gün:


Donald Tramp ABŞ-ın dağılacağı tarixi açıqlayıb

Tarix: 17.09.2021 / 12:05  •   Oxundu: 87 dəfə  •  

“Üç il ərzində ABŞ adlı bir ölkə qalmayacaq”.
 
Bunu ABŞ-ın keçmiş Prezidenti Donald Tramp “Newsmax” telekanalına müsahibəsində bildirib.
 
“Hazırda ABŞ əvvəllər heç vaxt olmadığı qədər relsdən çıxıb”, - o vurğulayıb.
 
2024-cü ildə keçiriləcək seçkilərdə prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı sualı cavablandıran D.Tramp deyib: “2022 və 2024-cü illərdə keçiriləcək seçkilərə gedəndə ölkədən əlimizdə heç nə qalmayacaq”.
 
Sabiq dövlət başçısı ABŞ-ın indiki Prezidenti Cozef Baydeni tənqid edib. O, Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra baş verənlərə və Meksika sərhədindəki hadisələrə diqqət çəkərək söyləyib: “Bütün dünyada istehza mənbəyinə çevirilmişik”