Bu gün:


NOTARİAT OFİSLƏRİNİ ARAÇILAR BASIB

Tarix: 16.11.2020 / 16:46  •   Oxundu: 311 dəfə  •  

Addımbaşı deşifrə mərhələsi yaşayan notariat kontorları barədə heç bir antitezis hazırlamadan demək və yazmaq olur ki, notariat ofisləri iflicin qanun virusuna mübtəla olmuşdur. 

Ötən gün yağan yağışın qarşısında aciz duruma qalmış müvafiq dövlət qurumlarının vəziyyətindən bəhrələnən aidiyyatı olmayan qurumlar da öz şəxsi korporativ maraqları naminə istədikləri qanunsuzluqlara imza etdilər.

Bakı şəhəri 1 saylı Notariat ofisində (Bakı şəhəri, Üz.Hacıbəyov küç., 43) tıxac yaranması ilə bağlı hadisə yerində olduq. Kolxoz bazarından fərqi olmayan bu məkanda xalqa xidmət vətəndaş məmnunluğu səndən tələb olunan rüşvəti ödəyəcəyin qədərdi. Vətəndaşları zirzəmiyə yönəldən Şahin Bədəlov adlı şəxs növbədənkənar keçid üçün hər bir şəxsdən əlavə olaraq 10 manat, növbəliləri isə əsəbləşdirərək istədiyi nəticəni əldə edə bilirdi. Vətəndaşlarla üz-üzə durarkən və özünü təqdim edərkən, mən buranın sahibiyəm deyirdi. Lakin açıq qapılardan birinin üzərinə baxarkən xüsusi notarius kimi Hüseynov Elvin Elbrus olduğu görünürdü. Elvin Hüseynovdan yaranmış kazusun aradan qaldırılması üçün susqunluğunu verdiyimiz sualdan sonra anladıq. O, bildirdi ki, bu gün bizim iş günümüz deyil, Şahin Bədəlov və ortada olan 10-a yaxın cavan xanımlar, əslində bizə müştəri daşımaq üçün kömək edirlər.  

Ədliyyə Nazirlyini Notariat Kontorlarının hüquqi vəziyyəti hər kəsə bəllidir. Xalq arasında “ölüdirildən” kimi tanınan onlarla notarius, o cümlədən 32, 34 .... göstərmək olar. “Ölüdirildənlər”in dövlətin hüquq siyasətində buraxdığı silinməz tarixi reyestrlərlə növbəti sayımızda tanış edəcəyik.