Sabah hər kəs eyvandan bayraq assa...
Tarix: 26.09.2021 / 18:06 •
Oxundu: 74 dəfə •
Sabah Vətən müharibəsinin başlamasının bir ili tamam olur.
Prezidentin sərəncamına əsasən, 44 gün davam edən müharibədə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən hərbçilərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.
Artıq bir necə gündür ölkədə Anım Gününə hazırlıqlar gedir. Paytaxtın bəzi küçə və prospektlərində eyvanlardan bayraqlar asılıb.
Bütün vətəndaşlarımızı bu aksiyaya qoşulmağa çağırırıq. Hər kəs Anım Günündə öz evinin eyvanından bayraq asaraq 44 günlük müharibədə olduğu kimi, döyüşlərin ildönümündə də həmrəyliyini nümayiş etdirə bilər.
Qeyd edək ki, sabah saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.