Bu gün:


Ərdoğan: “Patriot”ları satsaydılar, S-400 almazdıq

Tarix: 30.09.2021 / 11:16  •   Oxundu: 109 dəfə  •  

Əgər ABŞ “Patriot” komplekslərini satsaydı, Türkiyə Rusiyadan S-400-ləri almaq məcburiyyətində qalmayacaqdı.

İDEAL Media.az xəbər verir, bunu “Nyu York Tayms”a müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Düşünürəm ki, buna dəyərdi. Biz müdafiəmizi gücləndirmək haqqına sahibik”, - Ərdoğan bildirib.

O, Ankaranın Vaşinqtonla münasibətlərin yaxşılaşmasının tərəfdarı olduğunu söyləyib.