Bu gün:


Biləsuvarda avtomobil piyadanı vuraraq öldürdü

Tarix: 02.10.2021 / 09:47  •   Oxundu: 88 dəfə  •  

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Biləsuvar şəhərində qeydə alınıb.

Belə ki, "Ford" markalı yük avtomobili Biləsuvar şəhər sakini, 1963-ci il təvəllüdlü Akif Hidayət oğlu Hüseynovu vurub.

Yaralı piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən "Ford" markalı yük avtomobili hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.