Bu gün:


Çavuşoğlu Ukraynaya gedir

Tarix: 06.10.2021 / 16:05  •   Oxundu: 109 dəfə  •  

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Ukrayna Ortaq Strateji Planlama Qrupunun 9-cu toplantısına qatılmaq üçün Ukraynaya gedəcək.

İDEAL Media.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Çavuşoğlu 7-8 oktyabr tarixlərində Ukraynanın Lvov şəhərində səfərdə olacaq.

Səfər çərçivəsində Yüksək Səviyyəli Strateji Şura toplantısına hazırlıqlar nəzərdən keçiriləcək və cari, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.