Bu gün:


Xameneinin adamı Azərbaycanı tərk etdi

Tarix: 07.10.2021 / 11:14  •   Oxundu: 159 dəfə  •  

İran İslam Respublikasının ali rəhbəri Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejat Azərbaycanı tərk edib.

İDEAL Media.az xəbər verir ki, bu barədə “BBC Azərbaycanca”ya İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, Ocaqnejat bir aydır Tehrandadır.
Xatırladaq ki, oktyabrın 5-də polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür.

Qeyd edək ki, Ocaqnejatın ofisi Hüseyniyyə məscidində yerləşir.