Bərdənin ağır artilleriyadan atəşə tutmasından 1 il ötür
Tarix: 08.10.2021 / 13:29 •
Oxundu: 138 dəfə •
44 günlük Vətən müharibəsində Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il keçir.
Belə ki, səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Gəncə, Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini ağır artilleriyadan atəşə tutması nəticəsində 1 mülki şəxs həlak oldu, 1 mənzil dağıldı.
Saat 8:00-da Ermənistan silahlı qüvvələri Bərdə və Ağcabədi rayonlarının kəndlərini də atəşə tutdu.
Düşmən ordusunun Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində rayonun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, Qaraçinar kənd tam orta məktəbinə külli miqdarda ziyan dəydi.
Elə həmin saatlarda düşmən Ağdamı yenidən raket atəşinə tutdu. Nəticədə rayonun Böyükbəyli kəndinə düşən mərmi səbəbindən 2 mülki şəxs xəsarət aldı.
Düşmən ordusu özünün çirkin niyyətini həyata keçirmək üçün yeni yollar axtarırdı. Lakin ordumuz tərəfindən düşmənin bütün təxribatlarının qarşısı anında alınırdı. Bunun nəticəsi idi ki, Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Oğuz rayonunun Xaçmaz kəndi sahəsində uçuş keçirməyə cəhd göstərərkən məhv edildi.
Saat 11:30-da isə Ermənistan silahlı qüvvələri Bərdə şəhərini yenidən atəşə tutdu.
Bərdə şəhərinin mərkəzində yerləşən "Qədim Bərdə" restoranına raketin düşməsi nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi, eyni zamanda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşən raketlər 5 mülki şəxsin yaralanmasına səbəb oldu, o cümlədən məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə ziyan dəydi.
Ermənistan silahlı qüvvələri həmçinin "Toçka-U" taktiki raket kompleksindən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə Smerç reaktiv yaylım atəş sistemi vasitəsilə raket zərbələri endirdi.