
Əldə etdiyimiz səhih məlumata görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün strukturları qeyri-leqal “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru cənab Rövşən Əliyevin şəxsi obyekti kimi fəaliyyət göstərir.
Sumqayıt şəhər Rabitə Telefon Qovşağı başqa olmaqla Bakının 11 rayonunun rabitə qovşağının rəhbərlərinin möhürləri məhz bu şəxsin cibində fırlanmaqdadır.
Sistemi çökmüş hesab etmək olar. Bu sistemdə vətəndaş məmnunluğu sıfırla sıfır arasındadır. Başlıcası, internet provayderləri iflic vəziyyətdədir, poçt daşımaları kazusdur, sistemdə məsul şəxslərlə telefon rabitə danışığı deformasiyaya uğradılmışdır.
Sistemdə həyata keçirilən ən böyük islahat isə bundan ibarətdir: GET, KİMƏ İSTƏYİRSƏN ŞİKAYƏT ET.
Bax, bu qanun bu sistemdə keçərlidi.
Vətəndaş Aysel Əliyevanın Üzeyir Hacıbəyov küçəsi, 46 ünvanda yerləşən mərkəzi poçt adlanan məkandan etdiyi şikayət, mərkəzdən konkret olaraq şöbə rəisi Gövhər Qurbanovanın arasında yaranmış dialoqu təfsilatı ilə növbəti saylarımızda tanış olacaqsınız.