Bu gün:


Erməni mədəniyyət işçisi Gürcüstana buraxılmadı

Tarix: 11.10.2021 / 10:41  •   Oxundu: 79 dəfə  •  

Ermənistanın əməkdar mədəniyyət xadimi, “Karin” ansamblının rəhbəri Qagik Qinosyanın Gürcüstana girişi qadağan edilib.

Bu barədə Qinosyan özü açıqlama yayıb.

Q.Qinosyanın sözlərinə görə, Gürcüstanın Axalkələki bölgəsinə anasının qəbirini ziyarətə getmək istəyib, amma sərhəddən geri qaytarılıb. O deyib ki, Gürcüstan sərhədçiləri buna səbəb kimi koronavirus pandemiyasını göstəriblər.

Q.Qinosyan Birinci Qarabağ müharibəsi zamanı erməni separatçılarının sıralarında Azərbaycan torpaqlarının işğalında iştirak edib.

Xatırladaq ki, Samsxe-Cavaxetiya diyarının Axalkələki şəhəri Gürcüstanın ermənilərin sıx məskunlaşan bölgəsidir. Erməni separatçıları zaman-zaman bu bölgənin Gürcüstandan ayrılması iddiası ilə çıxış edirlər.

Q.Qinosyan separatizmi dəstəkləyən erməni ziyalılarından biridir.

Ermənistan mətbuatı da dolayısı ilə onun Gürcüstana buraxılmamasını bununla, yəni indiyə qədər olan fəaliyyəti ilə əlaqələndirib. Erməni yazarlar iddia edirlər ki, Tiflisdəki hazırki hökumət türkiyəyönlü siyasət yürüdür və “Karin” ansamblı rəhbərinin Gürcüstana buraxılmaması da bununla bağlıdır.