Bu gün:


Əli Fransada şəhər meri seçildi...

Tarix: 13.10.2021 / 08:19  •   Oxundu: 141 dəfə  •  

Fransalı müsəlman siyasətçi Əli Rabeh ölkədə artan  ifrat sağ və sağ populizm üzərində simvolik bir qələbə qazanaraq bazar günü təkrar seçkilərdə yenidən Trapp şəhərinin meri seçilib.

Bu haqda Fransanın “Le Monde” nəşri yazıb.
 
"Birinci turda ən azı 57% səslə yenidən seçilmək! Nə  böyük qürur! Dəstək olan hər kəsə təşəkkürlər! "- deyə Ə. Rabeh  “Twitter”-də yazıb.
 
Şəhərin nümayəndə naziri Nadia Hayi "aylarla davam edən gərginlikdən sonra sakinlərin, nəhayət, layiq olduqları dincliyi tapacaqlarına ümid etdiyini" -söyləyərək bələdiyyə başçısını təbrik edib.
 
Xatırladılır ki, 2020-ci ilin iyunundakı seçkilərdə də Ali Rabeh qalib gəlmiş, lakin məhkəmə pandemiyanın qızğın vaxtında üzərində öz şəkli olan 15 min maska payladığına görə müsəlman siyasətçinin qələbəsini təsdiqləməmişdi...
 
32 min əhalisi olan Trapp Paris yaxınlığındakı İvelin departamentində yerləşir. Müsəlman əhalisi çoxluq təşkil edən şəhər  bu ilin fevralında fəlsəfə professoru Didye Lemerin şəhərin "islamlaşmasını" pisləyən açıq bir məktub dərc etməsindən sonra ümummilli mübahisələrin mərkəzinə  çevrilib.  Rabeh isə Lemerin şəhərini belə əsassız itttihamlardan müdafiə etdiyinə görə  diqqət mərkəzinə gəlmişdi.
 
 “Mən heç bir müsəlman və ya katolik görmürəm, sadəcə, Fransa vətəndaşlarını görürəm. Burada - Trappda hamımız birlikdə yaşayırıq və bir -birimizi sevirik " -deyə Əli Rabeh mübahisənin qızğın çağında yazıb...