Bu gün:


Prokurorluq orqanlarının diqqəti baronessa Dilşad Əmirovaya

Tarix: 13.10.2021 / 21:23  •   Oxundu: 465 dəfə  •  

"Binə" Ticarət Mərkəzinin direktoru, "Araz Avia" firmasının prezidenti Dilşad Cəmşid qızı Əmirovanın prokurorluq orqanları üzərində hegemonluğunun əhatə dairəsinin bu qədər dominant təşkil etdiyini bilmirdik.

Xanım Əmirovanın barəsində Baş Prokurorluğa daxil olmuş şikayət ərizəsi üzrə araşdırma aparmayan elə bir şəhər, rayon prokurorluğu olmamışdır.
Baş Prokurorluq, Bakı şəhər Prokurorluğu, Qaradağ rayon Prokurorluğu, Yasamal rayon Prokurorluğu, Sabunçu rayon Prokurorluğu və s. Maraqlısı budur ki, Qaralov Zakirin sələfləri görəsən nəyi araşdırır? Kimi araşdırır? Xanım Əmirova bir çox ədədlərdən fərqli olaraq etiraf edir ki, İdeal Partiyasının sədri Nazim Quliyevin əmlaklarını onun xəbəri və razılığı olmadan sataraq, onu şərləmək üçün istifadə edilmiş tənzilələrə, Qarabağın həcətlərinə, marginal orqanlara rüşvət olaraq ödəmişdir və eyni zamanda ölmüş və yaxud da ki, hələ də diri qalan, lakin alqı-satqı prdmetinə çevrilən hüququn tamamilə külə dönməsi üçün xərclədiyini, adından verdiyi və imzaladığı saxta etibarnamədə, saxta zaminlikdə baş üzvü kimi özünü təsdiqlədir.

Hörmətli cənablar və xanımlar!
Azərbaycanın hüquq siyasətini hörmətsiz və nüfuzsuz hala salan rüşvətxor və korrupsioner məmurlar!
Vətəndaşın etdiyi şikayət kimlərinsə şüursuz həyat düzəninin müayinə və müalicəsi üçün deyil, tədbir görülməsi üçün verilir.

Dilşad Əmirovanın törətdiyi hadisələr onu araşdırmağa məsul edilmiş orqanların xisləti ilə uyğundursa, təqdimat verib mükafatlandırsınlar. Lakin, amma, ancaq qaytarmalıdır:

1. "Azəriqazbank" ASC-yə bir milyon dollara ipoteka qoydurduğu və 300.000 ABŞ dolları götürdüyü pulları;
2. Hazırda 3 saylı İstintaq Təcridxanasının rəisi Əliyev Cəlil Misir oğluniun adına rəsmiləşdirdiyi 140 kv/m-lik dükanları;
3. General Alyat Mehdiyevin övladları Ruslan və Vüsal Mehdizadələrə qanunsuz və saxta yollarla satdığı "Mercedes-Benz" markalı 10-VM-444 dövlət qeydiyyat nişanlı avtomobili;
4. Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi 5/25 ünvanında Əliyeva Mədinə Vaqif qızının adına sənədləşdirdiyi 3 otaqlı mənzili;
5. Məhəmmədi qəsəbəsində satdığı 50.000 ədəd yonca kipinin pullarını;
6. Eldar Mahmudovun silahlı, maskalı quldurları vasitəsilə qardaşı Bəhruz Quliyev oğurlanaraq Binəqədi rayon prokurorluğunda prokuror köməkçisi Bəsti Emtiyevanın qarşısına gözübağlı çıxarılması cinayətinə və s. cavab verməlidir.
7. ...


Dünənin fərman verəni baş prokuror Eldar Həsənov bu gün qanun və hüquq dilənçiliyi ilə məşğuldur. Onun humanizmin fədaisi kimi simulisiv hərəkətləri insanlığı iyrəndirir. Ola bilsin ki, Eldar Həsənovun həyat yoldaşı filankəsin qızı deyil, ləzgidir. Lakin bütün cinayət faktları bir gün müəllifi cəhənnəmə gömdürsə belə, cavab verməyə məhkumdur.

Dilşad Əmirovanın rüşvət çəlləyində nə qədər istəyirsiniz çimin, həmin sudan için, özünüz bilərsiniz. Ancaq dövlət adından vətəndaşa qarşı törədilmiş cinayət əməlinə cavab və hüquqi qiymət vermək öhdəlik və borcdur.

Afiyə Qurbanova