Bu gün:


Bu hərbçilərimiz hələ də itkindir

Tarix: 14.10.2021 / 14:51  •   Oxundu: 181 dəfə  •  

Xəbər verdiyimiz kimi, Vətən Müharibəsində itkin düşən və axtarışları davam edən yeddi hərbçidən birinin nəşi tapılıb. DNT analizləri nəticəsində nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olduğu təsdiqlənib.

İkinci Qarabağ Müharibəsində itkin düşmüş altı hərbçimizin taleyi ilə bağlı məlumat yoxdur.

İtkin düşənlərdən biri leytenant, biri MAXE, dördü isə əsgərdir.

Əsgər Feyzullayev Aydın Zakir oğlu
MAXE-əsgər Mehdiyev Asim Yaqub oğlu
Qədirli Elnur Rəcəb oğlu
Salamov Qorxmaz Bayram oğlu
Səfərli Xəqani İlqar oğlu
Leytenant Vəlizadə İbrahim Səməd oğlu