Bu gün:


"Riyad" Şirkətlər Qrupunun rəhbəri həbs edildi

Tarix: 14.10.2021 / 14:59  •   Oxundu: 268 dəfə  •  

"Riyad" Şirkətlər Qrupunun rəhbər şəxslərindən biri İlham Məmmədov həbs edilib.

İ.Məmmədov Cinayət Məcəlləsinin 296-cı maddəsi (bilə-bilə yalan xəbərçilik etmə) ilə təqsirli bilinirərək saxlanılıb.

Səbail Rayon Məhkəməsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Hakim İlkin Rüstəmli təqdimatı təmin edib və İ.Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Şirkətlər Qrupuna "Riyad" Ticarət Mərkəzi, "Riyad" Mühafizə xidməti, "Azinteroil" MMC və digər şirkətlər daxildir.