Paşinyanın səhhəti qəfil pisləşdi?..
Tarix: 16.10.2021 / 10:04 •
Oxundu: 124 dəfə •
“Əlimizdə olan məlumatlara görə, bir gün öncə naməlum şəraitdə Ermənistanın baş naziri Nikol Paşinyanın səhhəti pisləşib”.
İDEAL Media.az xəbər verir ki, News.am-ın yaydığı məlumata görə, bunu terrorçu eks-prezident Serjik Sərkisyanın lideri olduğu "Şərəf duyuram" müxalifət blokunun parlament fraksiyasının katibi Hayk Mamicanyan oktyabrın 15-də jurnalistlərlə görüşündə bildirib.
Deputat hesab edir ki, bu məlumatlar, ondan əvvəlki bir çox başqa şeylər kimi, heç vaxt ictimaiyyətə çatdırılmayıb.
"44 günlük müharibədən sonra Ermənistan hakimiyyəti yalnız rəsmi məlumatların yalanlarla əlaqələndirilərək qəbul olunmasına nail ola bildi. Onlar Qarabağ müharibəsindən sonra rəsmi məlumatlara olan inamı bərpa etmək üçün hətta ən acınacaqlı və əhəmiyyətsiz səy göstərmədilər ” – deyə Mamicanyan şikayətlənib.