Bu gün:


Taliban qızların məktəbə getməsinə izn verəcək

Tarix: 16.10.2021 / 13:10  •   Oxundu: 79 dəfə  •  

Taliban Əfqanıstanda qızlara tezliklə orta məktəbləri ziyarət etmək izni verəcək.

İDEAL Media.az xəbər verir ki, bu məlumatı UNİSEF-in icraçı direktorunun müavini Ömər Abdi deyib. O, taliblərin təyin etdiyi yeni təhsil nazirinin bununla bağlı ona vəd verdiyini bildirib:
“Mən indi sizinlə danışanda orta məktəb yaşında olan milyonlarla qız 27 gündür təhsil almır. Gözlədiyimiz hər gün bu qızlar üçün itkidir”.