Bu gün:


Feodal Adil Vəliyevin əməllərindən prezidentə şikayət

Tarix: 16.10.2021 / 17:22  •   Oxundu: 457 dəfə  •  

Sabunçu rayonu Zabrat 1 qəsəbəsi, yeni yaşayış massivi, (kərpic zavodu) Şəfahət Mehdiyev küçəsində yaşayan bir qrup sakin İDEAL redaksiyasına şikayət məktubu ilə müraciət etmişlər.

 

 Şikayət məktubunda deyilir:

 

“Yazaraq Sizə bildiririk ki, Bakı şəhəri, Sabunçu rayonu , Zabrat 1 qəsəbəsi , Yeni sahə adlandırılan yaşayış massivində yerləşən Ələsgərov Rövşən Vəli oğluna aid ticarət obyekti yerləşir. Sözügedən  şəxs həmin ərazidə ötürücü qurğuların yerləşdirilməsi və şəbəkənin gücləndirilməsi məqsədi ilə “AZERCELL” MMC ilə aralarında “müqavilə bağlamışdır”. Diqqətinizə çatdırırıq ki, ötürücü qurğuların yerləşdiriləyici  (inşa işlərinə  başlanılıb) sahə yaşayış sahəsidir və həmin ərazidə yaşlı , sağlamlıqla bağlı  problemləri olan insanlar ( şəkər xəstəsi, xərçəng xəstəliyindən əziyyət çəkən insanlar və s.) azyaşlı və yeniyetmə uşaqlar , hamilə qadınlar  yaşayır   və bu şəxslərin səhhətinə də radiasiya şüaları çox ciddi təsir göstərir. Bir sözlə  bir nəfər şəxsin maddi qazanc əldə etməsi həmin ərazidə yaşayan insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Həmçinin qeyd edirik ki , əhalinin sağlamlığının qorunması  ilə bağlı ölkəmizdə ən ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının və digər  qanunvericilik aktlarında  tənzimləyici müddəalar mövcuddur. Belə ki, həmin müddəaları Sizin nəzərinizə çatdırırıq.

 

Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinin 2-ci bəndinə əsasən qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki  və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Həmçinin Konstitusiyanın 39-cu maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən  Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Hər kəsin ətraf mühitin  əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.

 

Əhalinin sağlamlığının  qorunması haqqında Azərbaycan Respublikası qanunun  11-ci maddəsinə əsasən vətəndaşların sağlamlığa  təsir göstərən  amillər haqqında müntəzəm və düzgün  məlumat almaq hüququ vardır və bu məlumatlar vətəndaşlara  kütləvi informasiya vasitələri ilə, yaxud bilavasitə  onların sorğularına əsasən müvafiq icra hakimiyyəti   orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən  verilir. İnsanların  həyat və sağlamlığı üçün  təhlükə törədən  faktları   və halları gizlədən  vəzifəli şəxslər  qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.”

 



  

Vətəndaşların şikayəti üzrə hadisə yerində olub və hər bir qonşunu ayrı-ayrılıqda dinlədik. Vətəndaşların bildirdiyinə və təqdim olunan sənədə əsasən məlum oldu ki, qanunsuz olaraq rüşvət hesabına 2(iki) mərtəbəli ev tikən Ələsgərov Rövşən Vəli oğlu Sabunçu rayon İcra hakimiyyətinin  başçısı Adil Vəliyevin himayədarlığı sayəsində “AZERCELL” MMC ilə qeyri-leqal müqavilə bağlayaraq və  formal olaraq 1 il ərzində 3000 (üç min) manat icarə haqqının fonunda qanunsuz yaşadığı ünvanda ötürücü qurğununun (lokator) inşa edilməsi razılığına gəlinmişdir.

 

Burada təkcə İcra başçısı Adil Vəliyevin ortağı Rövşən Ələsgərov deyil, eyni zamanda “gözəllik salonunun” baronessası Xudafərin adlı qadının prezident administrasiyası adından manipuliyasiya etməsi düşündürücü və utancvericidir.

 

Qardaşının prezident administrasiyasında böyük vəzifədə çalışdığını iddia edən Xudafərin xanım İDEAl’ın çəkilişindən sonra Şəfahət Mehdiyev (kərpic zavod) küçəsinə gələrək vətəndaşları təhdid etmiş və bu barədə Sabunçu rayon İcra hakimiyyətinin   başçısı Adil Vəliyevə məlumat verdiyini bəyan etmişdir.


Rüsvayedici və utandırıcı hallardan biridə bundan ibarətdir ki, Sabunçu rayon İcra başçısı Adil Vəliyevin yarıtmaz kanalizasiya siyasətindən yana etdikləri şikayətdən yazdıqları və imzaladıqları müraciət Rövşən Ələsgərov tərəfindən saxtalaşdırılaraq “AZERCELL” MMC-yə “razılıq verən” vətandaşlar qismində təqdim etmişdir.


 Özbaşınalıq və harınlıqlarla bağlı Şəfahət Mehdiyev küçəsində yaşayan sakinlər  prezident İlham Əliyevə və digər rəsmi dövlət orqanlarına  şikayət etmişlər.

 

PS: Mövzu diqqətimizdədir.  Yazıda adları çəkilən şəxslərin və qurumların söz haqqlarını tanıyırıq.

Rüfət Kamil