Bu gün:


İŞSİZ MÜƏLLİMİN FƏRYADI

Tarix: 17.10.2021 / 11:41  •   Oxundu: 1 378 dəfə  •  

Pedaqoji təhsildən xəbəri olmayan bu gün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhər Təhsil İdarəsinə necə ola bilərki müdür vəzifəsinə təyin edilə bilər?

Təhsil naziri, belə bir kadrdan xəbəriniz varmı?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına!
Surəti: Azərbaycan Respublikasının Birinci-Vitse Prezidenti Xanım Mehriban Əliyevaya!
Surəti: "İdeal Media" Group-na
Surəti: Azərbaycan Respublikasının Təhsil naziri Cənab Emin Əmrullayevə!

Hüquqları pozulmuş, işsiz qalmış keçmiş müəllim Eminov Neman Bayram oğlu tərəfindən

                           Ş İ K A Y Ə T

Ulu öndər dahi şəxsiyyət, ölməz lider H.Əliyev demişdir: "Təhsil millətin gələcəyidir". Millətin gələcəyi olan təhsili regionlarda nə səbəbə məhf edirlər? Nə səbəbə təhsil sahəsinə rəhbər vəzifəyə kadr təyinatda düzgün seçim aparılmır?

Təhsil nazirləri, müavinlərinin əksəriyyəti, orada çalışanların əksəriyyəti Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarıdır. Mən də bu Universitetin məzunu olmuşam.

Nə səbəbə mənim pedaqoji sahədə çalışmağıma icazə verilmir?

Ancaq, Gəncə Aqrar Universitetinin "mühasibat-uçotu" fakultəsini bakalavr, magistr pillələrini bitirən cənab Anar Qədimalıyev heç bir pedaqoji stajı olmadan Gəncə şəhər Təhsil idarəsində müdür vəzifəsində çalışa bilir? 

Təhsil naziri cənab Emin Əmrullayev bir neçə gün əvvəl bildirmişdir ki, qadınların təhsil sahəsində çoxluq təşkil etməsi gələcəkdə problemlər yaradacaq. Kişiyəm, müəllim peşəsinin vurğunuyam, təhsil sahəsində işləmək uşaqlıqdan arzum olub.

Əziz, doğma bildiyim müəlliməmin istəyi ilə mən Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunmuşam. Bizim vaxtlarda müəllimlərimizin bizə dediyi valideynlərimizin dedikləri kimi qanun idi. Müəllimlərimiz nə deyirdi o da olmalı idi. Müəllim şərəfli peşədir, müəllimdən həqiqətən də yüksək ad yoxdur.

Respublikamızın rayonlarının ucqar kənd orta məktəblərinin hansı olursa olsun gedib işləməyə hazıram. Əməkhaqqının azlığı, çoxluğu mənə fərq etməz. Təki, mən pedaqoji sahədə, təhsil sistemində fəaliyyətə başlayım.

 Sizdən xahiş edirəm mənə köməklik göstərəsiniz.