Bu gün:


Aydın Mirzəzadə: “Evlərini yandıran ermənilərin vəhşiliyini dünya ictimaiyyəti bir daha gördü”.

Tarix: 20.11.2020 / 13:38  •   Oxundu: 76 dəfə  •  

“Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etdi. Şübhəsiz ki, bu gün işğal etdiyi ərazidən çıxmaq istəməyən goreşənlərə tərəf duranlar da olacaq”. 
Asmedia.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aydın Mirzəzadə deyib. 
O bildirib ki, Azərbaycanın işğal altında olan torpaqlarından çıxanda yaşayış evlərini yandıran ermənilərin vəhşiliyini dünya ictimaiyyəti bir daha gördü:
“Təbii ki, Azərbaycanın qələbəsini öz qələbəsi kimi qeyd edən Türkiyə hökumətinə, Pakistan hökumətinə böyük təşəkkür düşür. Amma aydın məsələdir ki, bu məsələdə düşmənin mövqeyini dəstəkləyənlər tapılacaq”.