Bu gün:


Rusiyada ağır qəza

Tarix: 24.10.2021 / 13:44  •   Oxundu: 100 dəfə  •  

Rusiyanın Kalmıkiya Respublikasında ağır yol nəqliyyat hadisəsi baş verib.

İDEAL Media.az xəbər verir ki, Р-216 Astraxan-Elista-Stavropol maqistarlının 246-cı kilometrində sərnişin avtobusunun KamAZ-la toqquşması nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalaya çatdırılıb.

Hadisə ilə bağlı artıq cinayət işi açılıb, araşdırmalar davam edir.