Nazim İdeal : Vətənim Qubadlının işğaldan azad olunmasından 1 il keçir!
Tarix: 25.10.2021 / 10:00 •
Oxundu: 128 dəfə •
1993-cü ilin 31 avqustunadək, Qubadlı rayonu 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsinə malik olub.
27 illik işğal müddətində rayon ermənilər tərəfindən xarabılığa çevrilib, əmlakı məhv edilib və talanıb.
13,2 min hektar meşə sahəsi də işğal müddətində ermənilər tərəfindən ekoloji soyqırıma məruz qalıb.
İşğala qədər Qubadlı rayonun da əsasən kənd təsərrüfatı inkişaf etmişdir.
Rayonda əsasən taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi.
Belə ki, Qubadlı rayonunda ildə 15 min tona yaxın taxıl məhsulları,12 min tona yaxın yem, orta hesabla 2 min ton tütün, 3 min ton üzüm, 1.2 min tonadək ət və 2 min tona qədər süd məhsulları istehsal olunurdu.
Qubadlı rayonunda təbii ehtiyatların da həcminin çox olması sənayenin inkişafı üçün yeni imkanlar yaradır. Bu baxımdan, yenidən qurulacaq Qubadlı rayonunda sənaye məhsullarının da istehsal olunacağı gözlənilir.
Şərqi Zəngəzurun digər rayonları kimi Qubadlının da turizm potensialı kifayət qədər yüksəkdir!
İstər birinci,istərsədə ikinci Qarabağ savaşında Qubadlının yüzlərlə Övladı canından keçdi.
Allah Şəhidlərimizə Rəhmət, Qazilərimizə Şəfa diləyirəm!
ZƏNGƏZUR AZƏRBAYCANDIR !
