Bu gün:


Kipşidze: Saakaşvili aclığa davam edir, hər an pisləşə bilər

Tarix: 26.10.2021 / 09:49  •   Oxundu: 111 dəfə  •  

Mixail Saakaşvilinin səhhəti hər an pisləşə bilər.

İDEAL Media.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze deyib.

“Səhhəti ilə bağlı vəziyyət dünənki kimidir. O, aclığa davam edir və Qldani həbsxana xəstəxanasında yatmaqdan imtina edir. Həbsxana ərazisində təcili yardım həkimləri növbədə qalırlar”, – deyə o bildirib.