Bu gün:


Arkov : Dəhliz açılır, İrəvan “yox” deyə bilməz

Tarix: 27.10.2021 / 10:44  •   Oxundu: 102 dəfə  •  

Yeni üçtərəfli görüşün (Azərbaycan, Ermənistan, Rusiya) məqsəd və vəzifələrini oktyabrın 21-də Valday beynəlxalq diskussiya klubunun plenar iclasında Rusiya Prezidenti Vladimir Putin artıq qeyd edib. Vladimir Vladimiroviçin tamamilə haqlı olaraq vurğuladığı kimi, Azərbaycan SSRİ dövründə mövcud olan və Ermənistan ərazisindən Naxçıvanla əlaqənin bərpasında maraqlıdır. Bu, Bakı üçün prioritet məsələdir.

Bu barədə açıqlamasında PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov bildirib.

Onun sözlərinə görə, öz növbəsində, Ermənistan üçün isə ən vacib məsələ blokadanın aradan qalxması, regiondakı nəqliyyat layihələrinə və iqtisadi əlaqələrə daxil edilməsidir:
“Əlbəttə ki, tərəflər Cənubi Qafqazda sülhün tamamilə bərpa olunmasında maraqlıdırlar. Amma təəssüf ki, üçtərəfli bəyanatın imzalanmasından təxminən bir il sonra da Qarabağ münaqişəsi zonasında mütəmadi olaraq “aferşoklar” müşahidə edilir. Rusiya sülhməramlıları bu ərazilərdə yerləşdirilməsəydi, vəziyyət daha da faciəvi şəkil ala bilərdi.

Bəli, üç onillik davam edən münaqişə üçün afterşoklar qaçılmazdır, lakin onların dayandırılması üçün səy göstərmək, təxribatlara uymamaq, qonşunu düşmən kimi deyil, tərəfdaş kimi görmək lazımdır. Bakı bunu edə bilsə də, İrəvanda hələ ki, bunu dərk edə biləcək insanlar azlıq təşkil edir.

Moskva müzakirəsi üçün digər vacib məqam, şübhəsiz ki, Zəngəzur nəqliyyat dəhlizidir. Qeyd etmək lazımdır ki, İrəvan artıq 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini qismən yerinə yetirməyə başlayıb. Belə ki, Azərbaycan və İran arasında gərginliyin yeni mərhələsindən sonra Ermənistan Azərbaycanın mülki aviasiyası üçün öz hava məkanını açdı ki, bu da Naxçıvanla müntəzəm hava əlaqəsinin təmin olunmasına imkan verdi.

Yerüstü məlumatın (dəmir və avtomobil yollarının) bərpasına gəlincə, burada erməni tərəfini narahat edən bir neçə məqam var.

Məsələn, İrəvan Zəngəzur nəqliyyat dəhlizinin Ermənistanı faktiki olaraq İranla sərhəddən məhrum edə biləcəyi təhlükəsindən narahatdır. Amma görünür, tərəflər bu problemin də həlli yollarını tapa bilib.

Zəngəzur nəqliyyat dəhlizinin tezliklə bərpa olunmasına da məhz belə format kömək edəcəkdir.

Zəngəzur nəqliyyat dəhlizi məsələsinin müsbət həlli həm iqtisadi əməkdaşlıq, həm də kollektiv təhlükəsizliyin təmin edilməsi sahəsində (o cümlədən, "3+3" formatında) bir sıra digər mühüm vəzifələrin reallaşdırılmasını da pauzadan çıxarmağa imkan verəcək. Bir sözlə dəhliz artıq açılır. Ermənistan da artıq “yox” deyə bilməyəcək”.