Bu gün:


Rusiya sülhməramlılarının komandanı Qarabağda atəşkəsə riayət olunduğunu açıqladı.

Tarix: 21.11.2020 / 10:53  •   Oxundu: 53 dəfə  •  

“Dağlıq Qarabağda atəşkəs rejimi pozulmur”.
“RİA Novosti”nin məlumatına görə, bu sözləri Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov deyib.
“Atəşkəs rejiminin pozulması və təxribatlar görünməyib”, - deyə R.Muradov bildirib.
Rusiyalı general bildirib ki, baş verən kiçik insidentlər sülhməramlı kontingent tərəfindən yerindəcə həll olunur.