Bu gün:


“28 May” stansiyasında təhlükə - Qatarların hərəkəti niyə DAYANDIRILDI?

Tarix: 30.10.2021 / 16:07  •   Oxundu: 197 dəfə  •  

"Bakı Metropoliteni"nin "28 May" stansiyasında həyəcanlı anlar yaşanıb.


Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov İDEAL Media.az-a bildirib ki, giriş sahəsində tüstülənmə ehtimalı ilə qısa müddət ərzində yüksək gərginlik çıxarılıb:


"Bu səbəbdən "Həzi Aslanov"-"28 May" istiqamətində qatarların hərəkətində məhdudiyyətlər olub".
 
O qeyd edib ki, "Xətai - "Cəfər Cabbarlı" mənzili istisna olmaqla, "Bakı Metropoliteni"ndə qatarların hərəkətlərinin tənzimlənməsi istiqamətində iş aparlır.
 
 
B. Məmmədov metroda bomba təhlükəsilə bağlı iddiaları təkzib edərək, bunun həqiqətə uyğun olmadığını deyib.