Diskriminasiya
Tarix: 02.11.2021 / 21:01 •
Oxundu: 110 dəfə •
21.6 milyon manatlıq korrupsiya ittihamına görə həbs olunan “Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradov barədə həbs qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmənin qərarı ilə azadlığa çıxması ölmüş hüquqa "humanizm" başdaşı ucaltmaqdan başqa heç nəyi ifadə etmir.
Həbsxanalarda onkoloji xəstəlikdən əziyyət çəkən məhkumların sayı 175 nəfər təşkil edir.
Bu günə kimi məhz bu diaqnoz üzrə qətlə yetirilənlərin sayı yüzlərlədir və bu barə də Şəxsimdə ətraflı yazmışam.
Bir halda ki, məhkəmələrin "humanizm damarı" tutub, o zaman bütün günahsız İnsanlara bu hüquq tanınsın!
Həbsxanalarda işgəncələrə məruz qoyulan, günahsız və hazırda 7 saylı bazarda ("c.ç.m") saxlanılan Elvin Orucluya münasibətdə də humanizm qatilləri bir anlığa korrupsioner gözüylə baxsınlar və azad etsinlər.
Cəmi 1 il,09 ay cəzanı azadlığa daşımaqdan ötrü 5000 manat rüşvət tələb edilir.
Xalçaçının oğurladıqlarından oğurlayıb onu azadlığa buraxmaq qərarını verən oğruçular Elvindən istənilən 5000 manatı kompensasiya etsinlər.
Bir anlığa təsəvvür edin ki,həm də ağıllı hüquq sistemi lahiyəsi üzərində bu dəfə başınızı işlədirsiniz!
Mehriban Əliyeva
