Ankarada Qarabağ Zəfəri qeyd edildi
Tarix: 04.11.2021 / 23:31 •
Oxundu: 87 dəfə •
Bu gün Ankaradakı Sağlıq Bilimləri Universitetinin Gülhanə Tibb fakültəsində “Qarabağ zəfəri həkim gözüylə: qardaşlığın dastanı” adlı tədbir keçirilib. Mərasim ölkəmizin Ankarakı Səfirliyi və Azərbaycan Həkimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutub.
IDEAL Media.az xəbər verir ki, rəsmi şəxslərin də iştirak etdiyi tədbirdə Azərbaycanın Vətən müharibəsində iştirak etmiş könüllü həkimlərin təcrübəsi və xatirələri diqqətə çatdırılıb.
Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov deyib ki, rəhbərlik etdiyi diplomatik korpus indiyə kimi Türkiyədə işğal ildönümlərilə bağlı tədbirlər keçirirdi. İndi isə ilk dəfədir ki, Zəfərimizin ildönümü üçün görüş təşkil edilib.
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov bildirib ki, türk həkimlərin Azərbaycan səhiyyəsinin, tibb işçilərimizin yetişməsində böyük rolu olub.
“Müharibədə ön cəbhədə olan həkimlərimizin də böyük əksəriyyəti Türkiyə universitetlərinin yetirməsi idi”,-deyə deputat qeyd edib.
Onun sözlərinə görə, vaxtilə Azərbaycandan göndərilmiş gənclərin Türkiyədə uğurlu təhsil almaları nəticəsində səhiyyəmizin yaxşı həkim potensialı yetişib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycanın Zəfər gününün ildönümü münasibətilə keçirilən toplantıya qatılmaqdan məmnunluğunu ifadə edib.
“Bu il ilk dəfə bayram mərasimi üçün yığışmışıq. Buna görə bədəlini ödədiyimiz Qələbənin, 3000 şəhid verdiyimiz üçün bu Zəfərin qiymətini bilirik”,-deyə o vurğulayıb.
Şamil Ayrım qeyd edib ki, Azərbaycan artıq dünya siyasətində ayaq üstə dura bilən bir ölkə halına gəlib:
“Bəzən barışı gətirmək üçün savaş da lazım olur. Təəssüf ki, Qarabağ probleminin həlli məsələsində ATƏT-in Minsk qrupu fəaliyyətsiz qaldı. Əvəzində Azərbaycan öz torpaqlarının işğaldan azad olunması üçün fürsətləri lazımınza dəyərləndirdi”.
Türkiyəli deputat onu da qeyd edib ki, barışın yolu Zəngəzurdan keçir.
Azərbaycan Həkimlər Dərnəyinin rəhbəri Fərid Qasımzadə də Vətən müharibəsi dövründə gördükləri işlərdən danışıb. Qeyd edib ki, Türkiyədən Azərbaycana ilk həkimlər qrupunun yola salınması üçün qısa zamanda operativ şəkildə toplanaraq, tibb işçilərini cərrahi vasitələrlə Vətən müharibəsinə yola salıblar. O, Vətən müharibəsi qazilərinə dəstək məqsədilə mütəxəssislərin mütəmadi olaraq vebinarlar keçirdiyini də xatırladıb.
Çıxışlardan sonra Müdafiə Nazirliyinin hərbi orkestri Azərbaycan və Türkiyə bəstəkarlarının əsərlərini ifa edib.
Eyni zamanda, Vətən müharibəsindən kadrlar, savaş qəhrəmanlarının əks olunduğu videolentlər nümayiş olunub. Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun şəkli ekrana gələndə isə bütün salon uzun müddət alqışlarla onun xatirəsini yad edib.