Dilşad Əmirova Qarabağ qazilərini işdən çıxartdırmaqla nəyi sübut etmək istəyir?
Tarix: 06.11.2021 / 18:24 •
Oxundu: 425 dəfə •
Dilşad Əmirovanın tələbi ilə xəstə vətəndaşı müharibəyə aparan məsul şəxs kimdir? Bu suala cavab üçün oxucularımıza kiçik bir arayış təqdim edəcəyik. Siz şahidi olacaqsınız ki, korrupsioner məmurlar bir-birilə qohumluq əlaqələrindən başqa həm də biznes ortaqlığına malikdirlər və biri digərinin xahişini yerə salanda nələr baş verir...
“Binə” Ticarət Mərkəzinin yüksək gərginlik üzrə elektriki vəzifəsində işləmiş Veyisov İsmayıl Həbib oğlunun videomüraciətləri yayılmasından sonra Dilşad Əmirovanın təkidi ilə “Binə” Ticarət Mərkəzi rəhbərliyi bu barədə açıqlama vermək məcburiyyətində qalıb. Açıqlama zamanı isə rəhbərlik qaş düzəltmək əvəzinə əlinə-ayağına bulaşdırmışdır.
Açıqlamada deyilir: "Vətəndaş İsmayıl Veyisov 01.09.2012-ci il tarixdən bizdə çalışır. İşlədiyi dövr ərzində onun səhətində müxtəlif problemlər olurdu. Lakin son zamanlar onun xəstəliyi irəlliyərək vəziyyəti daha da pisləşirdi. Bundan sonra İsmayıl Veyisov Ə.D.Məlikov adına 6 nömrəli BŞX-nın 1032 saylı, 31.07.2019-cu il tarixli məktubuna əsasən İ.Veyisov ayrı-ayrı vaxtlarda müxtəlif tibb müəssisələrində “Arterial hipertenziya”, “Miokardın aşağı divarının transmural infarktı, sol mədəciyin çatışmamazlığı, II f/s. Şəkərli diabet II tip” diaqnozu ilə əmək qabiliyyəti itirilmə vərəqəsində olmaqla stasionar müalicədə olub. Biz də öz növbəmizdə xəstəliyini nəzərə alaraq, dəfələrlə İ.Veyisovu dəvət edərək ona həmin əməkhaqqı saxlanılmaqla Ticarət Mərkəzində nəzarətçi işi təklif olunub".
Qeyd edək ki, Qarabağ qazisi olan İsmayıl Veyisov “Binə” Ticarət Mərkəzinin bu iddiasını yalanlayıb. Onun bildirdiyinə görə, işdən çıxarılması müharibə dönəminə tədsadüf edib. İ.Veyisov onu da bildirib ki, qanunsuzluqla ilə bağlı məhkəməyə müraciət edib, ancaq vaksinasiya olunmadığı üçün məhkəməyə buraxılmayıb. Belə ki, o ikinci Qarabağ müharibəsi iştirakçısıdır və cəbhədə olarkən rəhbərliklə aralarında baş vermiş məsələyə görə Vətən uğrunda döyüşlərdə iştirak edərkən işdən azad olunub. Bu isə Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir və cinayət tərkibi yaradır.
“Binə” Ticarət Mərkəzinin iddia etdiyi kimi əgər İsmayıl Veyisov belə ciddi xəstə idisə, Arterial hipertenziya”, “Miokardın aşağı divarının transmural infarktı, sol mədəciyin çatışmamazlığı, II f/s. Şəkərli diabet II tip” diaqnozu ilə müalicə alırdısa və onun ümumilikdə əmək qabiliyyəti yox idisə, onu necə hərbi xidmətə aparmışdılar? Əgər bu faktlar mövcuddursa, deməli, Dilşad Əmirovanın və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cinayət ortağıdırlar.
Mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edir.
Rüfət Kamil